Bakı sakinləri hər gün 1 milyon ton su içir...

“Yemək yemədən həftələrlə yaşamaq mümkündür, lakin susuz bir neçə gün belə yaşamaq olmur”- deyirlər. Maraqlıdır, Bakı əhalisi gündəlik olaraq neçə litr su sərf edir?

Bu barədə Metbuat.az-a açıqlama verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı bildirib ki, Bakı şəhərinə saniyədə 13 ton su verilir. Bu rəqəm sutkada 1 milyon 123 min, ayda isə 33 milyon 690 min ton edir.

Deməli Bakı əhalisi gün ərzində 1 milyon tondan çox su sərf edir.

Xəyalə Məmmədova / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR