İran səfirliyi vətəndaşlara müraciət etdi

İran səfirliyi vətəndaşlara müraciət etdi
13:42 18 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda olan İran vətəndaşları saat 08:00-dan 16:00-ə qədər İran səfirliyinin ikinci binasına gələrək 12-ci prezident seçkilərində iştirak edə bilərlər.

Milli.Az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi bildirib.

Səfirlik rəsmisi qeyd edib ki, İran islam Respublikasının Naxçıvandakı Baş Konsulluğunda seçki məntəqəsi açılacaq: "İran səfirliyi hazırda Azərbaycanda vətəndaşlarndan, burda oxuyan tələbələrdən və turistləri seçkidə iştirak etməyə dəvət edib. Ümumilikdə bu dəfə İranda keçiriləcək prezident seçkilərində seçici fəallığının yüksək olacağı gözlənilir". 

Nəcəfi vurğulayıb ki, kimin prezident seçilməsindən asılı olmayaraq İran - Azərbaycan əlaqələri bütün sahələrdə inkişaf edəcək. 

Qeyd edək ki, sabah İranda 12-ci prezident seçkiləri keçiriləcək. İranda prezident postu uğrunda dörd namizəd - hazırkı prezident Həsən Ruhani, ayətulla İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Haşemi-Taba və mühafizəkarlardan namizəd Mustafa Ağa-Mirsalim olacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/546051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR