İslamiada: Azərbaycan stolüstü tennis növündə ilk medalı təmin edib

İslamiada: Azərbaycan stolüstü tennis növündə ilk medalı təmin edib
14:02 18 May 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın stolüstü tennisçilər yarımfinala yüksəliblər. "Report"un məlumatına görə, Miao Vanq 1/4 finalda iranlı Maryam Samatı üstələyib - 4:0.
Jinq Ninq isə eyni hesabla fələstinli Diana Assini yenib.
Yarımfinalda Vanq Türkiyəni təmsil edən Melek Hu ilə, Ninq isə iranlı Neda Şahsuvari ilə qarşılaşacaq. Görüşlər mayın 19-da olacaq.
Nəticədən asılı olmayaraq, Azərbaycanın ən azı bir stolüstü tennisçisi medalı təmin edib.
Qeyd edək ki, kişilərin mübarizəsində də Azərbaycan təmsilçisi Xinhanq Yu 1/4 final görüşünə çıxacaq. Rəqib iranlı Nima Deronkolayi Alamiyan olacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slamiada-azerbaycan-stolustu-tennis-novunde-ilk-medali-temin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR