Atasını işdən qovan bələdiyyə sədrini öldürdü

1954-cü ildə Braziliyada anadan olan Pedro Rodriqez yaba ilə anasını öldürdükdən sonra ürəyini çıxarıb, bişirərək yeyib.

Metbuat.az xəbər verir ki, amansız qətllər törədən Pedro qurbanlarını əsasən cinayət aləmindən seçib. Bu yolla o, cinayətkarların cəzasını verdiyini düşünüb.

İlk cinayətini 13 yaşında ikən bir uşağı öldürməklə törədib. 14 yaşında isə ilk oğurluğunu edib.

Sonradan atasını işdən çıxardığına görə bələdiyyə başçısını qətlə yetirib. 18 yaşında 10 adamın qatilinə çevrilən Pedronun sonrakı qurbanları anası və atası olub.

1973-cü ildə 71 qətl törədən cinayətkara 30 il həbs cəzası verilib. O, 2007-ci ildə həbsxanadan çıxıb əlini daha 47 nəfərin qanına bulayan Pedro 400 illik həbsə məhkum edilib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR