Prezident İlham Əliyev: "Azərbaycanda neft sənayesi uğurla inkişaf edir"

Prezident İlham Əliyev: "Azərbaycanda neft sənayesi uğurla inkişaf edir"
14:47 18 May 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda neft sənayesi uğurla inkişaf edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın "Caspian Drilling" Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: "Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Yeni yarımdalma qazma qurğusunun istifadəyə verilməsini qeyd edirik. Bu hadisə münasibətilə sizi, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, Azərbaycanın neft sənayesində çox tarixi bir hadisədir. Çünki bu günə qədər Azərbaycanda bu boyda qazma qurğusu tikilməmişdi. Bu qazma qurğusunun inşaatında iştirak etmiş bütün işçiləri, əməkdaşları təbrik edirəm, onlara minnətdarlığımı bildirirəm. Şadam ki, belə bir nəhəng qurğu Azərbaycanda inşa edilib".

İlham Əliyev vurğulayıb ki, bu qurğunun inşasında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır:

"Burada biz xarici tərəfdaşlarla növbəti əməkdaşlıq layihəsinin uğurla icra edilməsini görürük. Bu da əlbətti ki, reallıqdır, çünki uzun illər Azərbaycan xarici tərəfdaşlarla uğurla əməkdaşlıq aparır, Azərbaycana investisiyalar xarici şirkətlər tərəfindən qoyulub. Bu qurğuya qoyulan investisiyalar isə Azərbaycan dövləti tərəfindən qoyulubdur. Neftdən əldə edilmiş gəlirləri, o cümlədən, belə nəhəng layihələrə yönəldirik. Bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm də Dövlət Neft Şirkətindən qoyulan vəsait haradasa bir milyard dollara yaxındır. Yəni bu həm bizim gücümüzü, həm imkanlarımızı göstərir. Həm də onu göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/546077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR