Bakı. 18 may. REPORT.AZ/ Türkiyənin Ərzurum əyalətinin Şenkaya rayonunda hərbçilərlə terrorçu PKK silahlıları arasında baş verən atışma nəticəsində bir terrorçu məhv edilib, bir gizir yaralanıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, Ərzurumun Dəyirmandərə kəndi ilə Beşpinar kəndi arasında keçirilən axtarış-əməliyyat tədbiri zamanı hərbçilər 5 nəfərlik terrorçu qrupla qarşılaşıb.
Bu zaman hərbçilərlə terrorçular arasında atışma düşüb. Yaralanan gizir xəstəxanaya yerləşdirilib və onun vəziyyəti artıq yaxşıdır.
Bölgədə genişmiqyaslı əməliyyat keçirilib.