Yaşar Vahabzadə: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"

Yaşar Vahabzadə: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
15:12 18 May 2017
46 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ "Rəqib çox əzmkar oyun nümayiş etdirdi. Bizim uşaqlar sağ olsunlar, mübarizə apardılar və qalib gəldik. Ən yaxşı oyunlarımızıdan birini keçirdik".
"Report"un məlumatına görə, bunu 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyli Oyunları çərçivəsində Əlcəzair yığması üzərində 2:0 hesablı qələbə qazandıqları yarımfinal matçından sonra söyləyib.
57 yaşlı mütəxəssis bildirib ki, rəqibin oyununu yaxşı analiz ediblər. O, rəqibin cinahlarındakı boşluqlarından yararlandıqlarını vurğulayıb.
Baş məşqçi əlcəzairli jurnalistin "Bizim komandanın hakimlərin haqsızlığına və rəqib futbolçuların kobudluğuna məruz qalması barədə nə deyə bilərsiniz" sualına belə cavab verib: "Kobudluğu Əlcəzair futbolçuları da edirdi. Bəzi epizodlarda qırmızı vərəqə də almalı idilər. Hakimliyə gəlincə, məgər rəqib bizə qol vurdu, referi saymadı?"
Y.Vahabzadə Azərbaycan yığmasının turnir ərzində qol buraxmamasına da münasibət bildirib. Baş məşqçi bunu komanda şəklində müdafiə olunmaqları ilə əlaqləndirib: "Çalışacağıq ki, finalda da qapımızı toxunulmaz saxlayaq".
Qeyd edək ki, Azərbaycan millisi mayın 21-də keçiriləcək final görüşündə Kamerun - Oman matçının qalibi ilə qarşılaşacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/yasar-vahabzade-en-yaxsi-oyunlarimizdan-birini-kecirdik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR