Yunanıstan və Rumıniya emal edilmiş meyvə və tərəvəzlərini Azərbaycana ixrac etmək istəyir

Yunanıstan və Rumıniya emal edilmiş meyvə və tərəvəzlərini Azərbaycana ixrac etmək istəyir
15:17 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Yunanıstan və Rumıniya şirkətləri emal olunmuş meyvə və tərəvəzlərini Azərbaycana ixrac etmək niyyətindədir. “Report” xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə hər iki ölkənin bu sahə üzrə ixtisaslaşmış şirkətləri məhsullarını təqdim edib.
Yunanıstanın “Delcof S.A.” şirkətinin prezidenti Konstantinos Apostolou bildirib ki, məhsullarının Azərbaycana ixrac edilməsində maraqlıdırlar: “İstehsal etdiyimiz məhsulların böyük hissəsi ixrac edilir. Bizdə olan məlumata görə, Azərbaycan konservləşdirilmiş şaftalı idxal etmir. Bu məhsulu Azərbaycana ixrac etməkdə maraqlıyıq. Bunun üçün görüşlər keçiririk. Ümid edirik ki, yaxın zamanda Azərbaycan bazarına çıxacağıq”.
“Romconcerv” təşkilatının üzvlərindən olan “Angelis SRL” şirkətinin rəhbəri Liviu Çiçiok istehsal etdikləri məhsullar barədə məlumat verərək qeyd edib ki, Rumıniya Avropa İttifaqında meyvə və tərəvəzin həcminə görə beşinci istehsalçıdır və onların emalı son dərəcə inkişaf edib: “Ümid edirik ki, geniş çeşidli məhsullarımızla Azərbaycan bazarına çıxacağıq”.
Qeyd edək ki, “Delcof” yunan meyvə konservi zavodlarının şəbəkəsi olaraq fəaliyyət göstərir.
“Romconserv” meyvə və tərəvəzlərin emalı sənayesində fəaliyyət göstərən bütün şirkətləri birləşdirən yeganə Rumıniya təşkilatıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/yunanistan-ve-ruminiya-emal-edilmis-meyve-ve-terevezlerini-azerbaycana-ixrac-etmek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR