SORĞU: Bakı sakinləri işğal olunmuş torpaqların azad olunacağına inanır

SORĞU: Bakı sakinləri işğal olunmuş torpaqların azad olunacağına inanır
15:48 18 May 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Bakı sakinləri işğal olunmuş torpaqların azad olunacağına inanır.

Publika.az xəbər verir ki, “ACT Azərbaycan” 19 aprel - 1 may tarixlərində Bakı şəhərində bu mövzuda sorğu aparıb. Sorğunun nəticələrini təqdim edirik.

Bu gün Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun Ermənistan ordusu tərəfindən işğalından 25 il keçir. Laçından başqa Dağlıq Qarabağ və ətraf altı rayon da uzun illərdir ki, işğal altındadır. Bu hərbi təcavüz nəticəsində 1 milyondan çox azərbaycanlı tarixi torpağından didərgin düşüb. Bəs Bakı sakinləri Dağlıq Qarabağ münaqişəsinin həllinə inanırmı ?

Rəyi öyrənilmiş respondentlərin böyük əksəriyyəti (94 %) torpaqların işğaldan azad olunacağına inanır. Cəmi 6 % münaqişənin həllinə bədbin yanaşır.

Sualı cavablandıran qadınların 93 %-i, kişilərin isə 97 %-i işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonun işğaldan azad olunacağına inanır.

Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/199283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR