Aynur Kərimova vəzifədən azad edildi

Aynur Kərimova vəzifədən azad edildi
15:57 18 May 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

BDU-nun Jurnalistika fakültəsinin Televiziya və Radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova vəzifəsindən azad edilib.

Milli.Az xəbər verir ki, bu barədə qaynarinfo-ya BDU-nun mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, kafedra müdiri vəzifəsi seçkili olduğuna görə hər 4 ildən bir müsabiqə elan olunur. Bu il də Bakı Dövlət Universitetində vakant olan bir neçə kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqə elan olunub. Həmin kafedranın müdiri vəzifəsini tutmaq üçün 2 nəfər - dosent Aynur Kərimova və filologiya üzrə elmlər doktoru Allahverdi Məmmədli sənədlərini təqdim edib.

Mövcud təlimata uyğun olaraq, bu məqsədlə fəaliyyət göstərən xüsusi komissiyada gizli səsvermə yolu ilə seçki keçirilib və nəticələrə görə, Allahverdi Məmmədli kafedra müdiri seçilib.

Qeyd edək ki, hazırda Aynur Kərimovanın ixtisasına uyğun olaraq müvafiq işlə təmin olunması məsələsi müzakirə olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR