Yığmamız rekorda şərik oldu

Yığmamız rekorda şərik oldu
15:57 18 May 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarının rekordunu təkrarlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız buna quru seriyaya imza atmaqla nail olub.

Belə ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında meydana çıxdığı 4-cü matçda da komandamızın qapısı toxunulmaz qalıb. Yarımfinalın Əlcəzairlə görüşündə 2:0 hesablı qələbəyə sevinən Yaşar Vahabzadənin yetirmələri qrup oyunlarındakı kimi qol buraxmayıb.
 
Öz qrupunda Kamerun və Mərakeşlə qolsuz heç-heçə edən, Səudiyyə Ərəbistanını 2:0 hesabı ilə yenən komandamız quru seriyasını artıq 4-ə çatdırıb. Oyunların tarixində yalnız 1 komanda belə seriyaya imza atıb. 2005-ci ildə keçirilən ilk yarışda İran millisi qrupun üç qarşılaşması və 1/4 finalı qol buraxmadan keçmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR