Xoşqədəmin verilişində ikinci "Pərvanə olayı" — ŞOK VİDEO

Xoşqədəmin verilişində ikinci "Pərvanə olayı" — ŞOK VİDEO
16:28 18 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan "Bizə danış" verilişində daha bir şok hadisənin üstü açılıb.

Gecəyarı verilişin qaynar xəttinə edilən zəngdən sonra hadisə yerinə gedən jurnalist dəhşətli mənzərənin şahidi olub. Məlum olub ki, Sevil adlı qadını xalası bir neçə ildir bağlı qapılar arxasında saxlayır:

"Məni evdə yaşamağa qoymurlar. Deyirlər, səni dəlixanaya aparacağam. Xalam mənim təqaüdümü də alır. Təqaüdümü versələr, özümü dolandıraram. Səhər 12-1 arası yanıma gəlir. Qışın soyuğunda, yayın istisində bu şüşəsiz yerdə qalıram".

Qeyd edək ki, Sevil adlı qadın artıq dövlət müəssisəsinə yerləşdirilib.

Xatırladaq ki, X.Hidayətqızı bir neçə ay öncə daha bir oxşar faktın üstünü açmışdı. Pərvanə adlı qız valideynləri tərəfindən səkkiz il idi ki, tövlədə saxlanılırdı. (ölkə.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/199292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR