Bakıda Misir və Türkiyənin mədəniyyət günləri keçiriləcək

Bakıda Misir və Türkiyənin mədəniyyət günləri keçiriləcək
16:32 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Milli Turizm Təbliğat Bürosu və Misirin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə mayın 19-da Sabir bağında bu ölkənin mədəniyyət günü keçiriləcək. 
Milli Turizm Təbliği Bürosundan "Report"a verilən məlumata görə, IV İslam Həmrəylik Oyunları çərçivəsində baş tutan tədbir saat 14.00-da sərgi ilə başlayacaq.  
Saat 19.00-dan etibarən isə konsert proqramı təqdim olunacaq.
Mayın 20-21-də isə Türkiyənin Mədəniyyət günləri keçiriləcək. Tədbirdə Türkiyənin əsasən İstanbul və Bursadan olan 100-ə qədər rəqqası və ifaçısı iştirak edəcək.
Hər iki tədbirdə rəsmi şəxslərin və idmançıların iştirakı nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/bakida-misir-ve-turkiyenin-medeniyyet-gunleri-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR