“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib
17:17 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2668 nömrəli quyu qazmadan sonra istismara verilib.
“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1 536-1 532 metr intervaldan gündəlik 12 ton neft və 1 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.                               

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/neft-daslari-yataginda-yeni-quyu-istismara-verilib32465689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR