Azərbaycan MN: Bu il Ermənistan ordusunda qeydə alınan döyüş və qeyri-döyüş itkilərinin sayı 26 deyil, 50 nəfərə yaxındı

Azərbaycan MN: Bu il Ermənistan ordusunda qeydə alınan döyüş və qeyri-döyüş itkilərinin sayı 26 deyil, 50 nəfərə yaxındı
17:37 18 May 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Bu il Ermənistan ordusunda qeydə alınan döyüş və qeyri-döyüş itkilərinin sayı 26 deyil, 50 nəfərə yaxındı.
Bu barədə Ermənistan KİV-də bu il ərzində Ermənistan silahlı qüvvələrində 26 ölüm halının qeydə alındığı barədə yayılan məlumatla bağlı “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
“Daxili ictimai-siyasi vəziyyətin gərginləşməsi və cəmiyyətin son zamanlar onsuzda nüfuzdan düşmüş orduya qarşı nifrətinin artacağndan ehtiyat edən Ermənistanın hərbi-siaysi rəhbərliyi orduda baş verən ölüm hallarının sayını təhrif etməklə əvvəlki illərdə olduğu klimi həqiqəti ölkə ictimaiyyətindən gizlətməyə davam edir.
Aparılan araşdırmalara əsasən, 2017-ci ilin yanvar ayından hazırkı dövrə qədər Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkilərinin sayı rəsmi şəkildə göstərildiyi kimi 26 deyil, 50 nəfərə yaxındır. Bunu sübut etmək üçün ordudakı itkilərlə bağlı cari il ərzində Ermənistan KİV-lərinin dərc etdiyi materialları izləmək kifayət edər. Hələ bu da Ermənistan ordusundakı itkilər barədə tam həqiqəti əks etdirmir. Nəzərə alsaq ki, işğal olunmuş əraziləmizdə yaşayan ermənilərdən olan çağırışçılar və buraya dünyanın müxtəlif qaynar nöqtələrindən cəlb edilən erməniəsilli muzdluların qeydiyyatı aparılmır, bu rəqəm xeyli dərəcədə artıqdır”, deyə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/azerbaycan-mn-bu-il-ermenistan-ordusunda-qeyde-alinan-doyus-ve-qeyri-doyus-itkilerinin-26-deyil-50

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR