Paytaxtın Xətai rayonunda ümumi sahəsi 81 kvadratmetr olan evdə yanğın olub.
Milli.Az FHN-ə istinadən xəbər verir ki, kürsülü birmərtəbəli 2 otaqlı evin çardağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində