Boksçumuz İslamiadada gümüş medal qazandı

Boksçumuz İslamiadada gümüş medal qazandı
18:37 18 May 2017
31 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında boksçumuz gümüş medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Tamerlan Abdullayev finalda özbəkistanlı Bobo-Usman Baturovla qarşılaşıb.

Təəssüf ki, rəqib idmançı boksçumuzdan üstün olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR