“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib
19:01 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2668 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-a istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1536-1532 metr intervaldan sutkalıq 12 ton neft və 1000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2756477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR