Güləşçimiz İslam Abbasov da qızıl medal qazandı

Güləşçimiz İslam Abbasov da qızıl medal qazandı
19:55 18 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (85 kq) IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizə növbəti qızıl medal qazandırıb.

Trend-in məlumatına görə, final mübarizəsində idmançımız Türkiyə təmsilçisi Cengiz Əli ilə qarşılaşıb. Görüş 3:1 hesabı ilə güləşçimizin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2756510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR