Düşməni məhv edəcək TAKTİKA, iki gün sonra MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Düşməni məhv edəcək TAKTİKA, iki gün sonra MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 18 May 2017
119 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan yeni çağırış parlamentinin üzvləri qarşısında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən danışıb. Gürcü ekspert Vaxtanq Maisaya Dağlıq Qarabağda vəziyyətin kəskinləşəcəyi halda, bunun ötənilki kimi lokal olmayacağını, dövlətlərarası müharibəyə çevriləcəyini deyib. Rusiyalı hərbi ekspert Aleksandr Xramçikin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri diqqət çəkir. Ərdoğan ABŞ-a “Suriyada Rusiya ilə işləyə bilərik” mesajı verib. ABŞ prezidenti Donald Trampın seçki qərargahının Rusiya ilə ehtimal olunan əlaqələri yenidən gündəmin əsas mövzusuna çevrilir.

Ermənistan prezidenti Serj Sarkisyan yeni çağırış parlamentinin üzvləri qarşısında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən danışıb. Sarkisyan mövcud status-kvonu saxlamaq istəmədiklərini iddia edib.

“Biz status-kvonu saxlamaq istəmirik. Gələcək nəsillərin çiyinlərinə bu məsələnin ağırlığını qoymaq da istəmirik. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin həllinə çalışmağımız da bundan irəli gəlir”, - deyə həmişə qeyri-konstruktiv mövqeyi ilə seçilən Ermənistan prezidenti bildirib.

O, Qarabağda mövcud status-kvonun yalnız hərtərəfli qərarla dəyişə biləcəyini qeyd edib.

Sarkisyan Azərbaycanın beynəlxalq arenada apardığı siyasətdən də şikayətlənib. Qeyd edib ki, Ermənistan Azərbaycanın beynəlxalq arenada anti-erməni siyasətinə qarşı daha fəal işləməlidir.

Ermənistan hökuməti istefaya göndərilib. Prezident Serj Sarkisyanın fərmanına əsasən, hökumət istefaya göndərilib, hazırki hökumət üzvləri yeni hökumət formalaşana qədər vəzifələrini davam etdirirlər.

Hökumətin istefası parlamentin yeni tərkibdə bu gün keçirilən iclasında qəbul edilib. Hökumətin yeni tərkibi qarşıdakı bir ay ərzində formalaşacaq. Belə ki, prezident 10 gün ərzində yeni baş nazir təyin edəcək, yeni baş nazir isə 20 gün ərzində yeni hökumət quracaq.

Bu gün Ermənistan parlamentinin yeni spikeri Ara Babloyan seçilib. A.Babloyanın namizədliyini Ermənistan prezidenti Serj Sarkisyan irəli sürüb. Eduard Şarmazanov və Arpine Ovannisyan isə vitse-spiker seçilib.

“Ermənistan və Azərbaycan arasında müharibə ehtimalı böyükdür. Dağlıq Qarabağda vəziyyət kəskinləşəcəksə, bu, ötənilki kimi lokal olmayacaq və dövlətlərarası müharibəyə çevriləcək”. Bu ehtimalla gürcü ekspert Vaxtanq Maisaya Gürcüstanın “Rezonans” nəşrinə müsahibəsində çıxış edib.

Onun sözlərinə görə, müharibənin baş verməsində Ermənistan maraqlıdır: “Ermənistanı Moskva və İrəvan arasında imzalanmış hərbi müqavilələr motivasiya edir”.

Lakin ekspertə görə, müharibədə ən böyük marağı olan Rusiyadır.

“Rusiya Cənubi Qafqazda öz döyüş hazırlığılnı gücəndirməyə cəhd edir. Təsadüfi deyil ki, abxaz dəmir yolu məsələsi gizli danışıqlar səviyyəsində davam edir. Abxaz dəmir yolunun bərpası Rusiyaya hərbi yüklərin daşınması üçün lazımdır. Rusiya Tsxinvalidə, Abxaziyada, eləcə də Ermənistanda hərbi kontingentini gücləndirir. Qafqaz Rusiyaya sonrakı genişlənmə üçün müharibə meydanı kimi lazımdır”.

Rusiyalı hərbi ekspert Aleksandr Xramçikin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri diqqət çəkir. Xramçik yeni müharibənin qaçılmaz olduğunu bildirib.

“Lakin bunun nə vaxt baş verəcəyini dəqiq demək çətindir. Müharibə illər sonra da başlaya bilər, yaxud iki gün sonra da”, - deyə o bildirib.

Qarabağ bu yolla AZAD EDİLƏCƏK: Bakının düşməni yox edəcək MÜKƏMMƏL TAKTİKASI - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşdən sonra Türkiyənin Vaşinqtondakı səfirliyinin binasında jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan görüşün ən kritik məsələləri olan Suriya və PYD/YPG terror təşkilatı ilə əlaqədar açıqlamalar verib.

Ərdoğan ABŞ-ın müttəfiqlik öhdəliklərini yerinə yetirməyəcəyi halda, Suriyada Rusiya ilə işləməyə biləcəyinə ehyam vurub.

“Bunu Trampın üzünə dedim” - Ərdoğan Vaşinqtonu Rusiya ilə TƏHDİD ETDİ

ABŞ YPG-yə verilən silahların Türkiyəyə qarşı istifadə olunmayacağına dair təminat verib. Bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyə nazir bildirib ki, Vaşinqtonun verdiyi təminata görə, YPG-yə verilən silahlar yalnız Rakka əməliyyatında istifadə ediləcək. Ankaraya həmçinin İŞİD-dən azad olunacaq Rakkanın ərəblərə təhvil veriləcəyi barədə təminat verilib.

Mövlud Çavuşoğlu ABŞ-dan silah alışına qoyulan məhdudiyyətlərin tamamilə aradan qaldırılacağını vurğulayıb.

Türkiyə səfirini ABŞ-dan çıxartmalıyıq. Bu tələblə ABŞ-ın respublikaçı senatoru Con Makkeyn çıxış edib. “Etirazçılarla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri arasında yaşanan gərginliyi görməzdən gəlmək olmaz. Bu cür hərəkətlər cavabsız qalmamalıdır”, - Makkeyn bildirib.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı Türkiyə səfirliyi qarşısında PKK tərəfdarı etiraz aksiyası keçiriblər. PKK tərəfdarları ilə eyni vaxtda türklər də ölkələrinə dəstək üçün toplanıb. Bu zaman tərəflər arasında qarşıdurma baş verib. Qarşıdurmanı ABŞ polisi yalnız müşahidə edib. Buna cavab olaraq Ərdoğanın mühafizəçiləri qarşıdurmaya müdaxilə edərək, tərəfləri sakitləşdiriblər.

Rusiyanın Türkiyədəki yeni səfirinin adı məlum olub. Dövlət Duması Xarici İşlər Nazirliyinin departament başçısı Aleksey Yerexovun səfir postuna namizədliyini təsdiqləyib.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında qətlə yetirilib.

Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostlarından biri olan Viktor Medvedçuk seçkiqabağı kampaniya zamanı Donald Trampın qərargahı ilə gizli danışıqlar aparırdı. Bu haqda mənbələrə istinadən “Röyters” agentliyi yazıb.

Putinin “agenti” Trampla gizli danışıqlar aparıb – ŞOK İDDİA

ABŞ prezidenti Donald Trampın seçki qərargahının Rusiya ilə ehtimal olunan əlaqələri yenidən gündəmin əsas mövzusuna çevrilir. “Röyters” agentliyi öz mənbələri istinadən ABŞ prezidentinin seçki kampaniyasını aparan məsləhətçilərin ən az 18 dəfə rusiyalı səlahiyyətlilər görüşdüyünü bildirib.

Danııqların mərkəzində isə Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Maykl Flinn də var. Paytaxt Vaşinqtonda hazırda Trampın impiçmenti haqqıında artıq açıq şəkildə danışılır. Demokratlar Partiyasından olan konqresmenlər impiçment prosesinin başladılması üçün müraciət edə biləcəklərini elan ediblər. Ancaq əsl sürpriz Respublikaçılar Partiyasından gəldi. İlk dəfə bir respublikaçı konqresmen impiçment ehtimalını istisna etməyib.

Üç prezident, üç hekayə... - İntim əlaqələrin olduğu Ağ Evdə ÇEVRİLİŞ SSENARİLƏRİ

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/199320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR