İslamiada çərçivəsində Bakıda Misir və Türkiyənin mədəniyyət günləri keçiriləcək

İslamiada çərçivəsində Bakıda Misir və Türkiyənin mədəniyyət günləri keçiriləcək
20:29 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mayın 19-da, Sabir bağında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Misirin Azərbaycandakı səfirliyi ilə birgə bu ölkənin Mədəniyyət gününü keçirəcək.

Trend-in məlumatına görə, sərgi saat 14.00-da başlayacaq. 19.00-dan etibarən isə konsert proqramı təqdim olunacaq.

Mayın 20-21 tarixlərində Sabir bağında Türkiyənin Mədəniyyət günləri keçiriləcək. Tədbirdə Türkiyənin əsasən İstanbul və Bursadan olan 100-ə qədər rəqqası və ifaçısı iştirak edəcək.

Hər iki tədbirdə rəsmi şəxslərin və idmançıların iştirakı nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2756530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR