Boksçularımız İslam Oyunlarını 7 medalla başa vurdu

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına yekun vurulub.

Metbuat.az-ın məlumatına görə, təmsilçilərimizdən 6-sı finala çıxsa da, onlardan 3-ü - Cavid Çələbiyev, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov aktivinə qızıl medal yazdıra bilib.

Tamerlan Abdullayev, Rauf Rəhimov və Kamran Şahsuvarlı gümüş medalla kifayətləniblər. 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev isə İslam Oyunlarının bürünc medalını qazanıb.

Beləliklə, boks yığmamız İslamiadanı 3 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR