"İslamiada mənim üçün 2020-ci il Olimpiadasına tramplindir" - İslam Abbasov

"İslamiada mənim üçün 2020-ci il Olimpiadasına tramplindir" - İslam Abbasov
21:27 18 May 2017
27 İdman
Ölkə mətbuatı
A- A+

"Qələbəmi yaxınlarıma dostlarıma, əsasən də valideynlərinə həsr edirəm".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının Yunan-roma güləşi üzrə 85 kq çəki dərəcəsində qızıl medal mükafatçısı İslam Abbasov deyib.
İ.Abbasovun sözlərinə görə, İslamiada onun üçün 2020-ci il Olimpiadasına tramplindir: "Hamı istəyir ki, Olimpiya çempionu olum. Dünya çempionu olmaq asandır, amma onu qoruyub saxlama çətindir. Çünki rəqiblərin səni axtarır-araşdırır".
O, türkiyəli idmançının finalda etirazına da aydınlıq gətirib: "Türk idmançı ilə 7-ci dəfə görüşürdük və cəmi 1 dəfə qalib gəlib. Ona görə bir-birimizi yaxşı tanıyırdıq. Hakimin mənə xal verməsinə gəlincə, oyun obyektiv keçdi. Sadəcə, o məğlub oldu və məğlubiyyətlə barışmadığı üçün etiraz etdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR