Kifayət qədər yatmadıqda bədəndə hansı proseslər gedir

Kifayət qədər yatmadıqda bədəndə hansı proseslər gedir
21:57 18 May 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Gərgin iş rejimi bir çox insanı yuxusuz hala salır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yuxu, sağlam bir bədən və ruh üçün ən mühüm amillərdən sayılır.
Bəs yuxusuz qaldıqda nə olur?
-Xəstələnərik. İmmunitet bilavasitə yuxu ilə bağlıdır və yuxu çatışmazlığı orqanizmin xəstəliklərlə qarşı vuruşmasını çətinləşdirir.
-Məntiqli düşünmədə çətinlik çəkərik. Xüsusilə sürətli və ani qərarlar verərkən, əgər yuxusuz olsanız səhv edə bilərsiniz.
-Gündə 5 saatdan az yatanda, çəkidə artım müşahidə olunur.
-Dəri sağlamlığı pozulur. Qırışlar, kapilyar damarlar, yaşlanma nöqtələri və sızanaqlar ortaya çıxır və bədən ümumi olaraq daha tez qocalır.
-Ürək xəstəlikləri riski artır.
-Xərçəng riski artır.
-Unutqanlıq başlayır. Yatanda beynimiz işləməyə və məlumatları köçürməyə davam edir. Yuxu çatışmazlığı, beynin bu funksiyasını yerinə yetirməsi üçün lazım olan vaxtdan məhrum edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR