Qoz yeməklə infarktın qarşısını alın

Qoz yeməklə infarktın qarşısını alın
22:12 18 May 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Aparılan yeni bir araşdırmaya görə, bir ovuc qoz yemək infarktın sürətlə qarşısını alır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəmadi olaraq qoz yemək və ya qoz yağı içmək, riski yüksək nisbətdə aşağı salır və sizi infarkta qarşı mütəmadi olaraq qoruyur.
Araşdırma vaxtı insanlar bir ovuc qoz yedikdən 4 saat sonra, qan damarlarının çevikliyində və xolesterin səviyyələrində yaxşı qan axınına kömək edəcək səviyyədə bir proses baş verib.
Pensilvaniyada Penn Dövlət Universitetinin qidalanma sahəsi üzrə professoru doktor Penni Kris Eterton araşdırma ilə bağlı belə danışıb: "Sadəcə bir ovuc qoz və ya qoz yağını həftədə 4 gün istehlak edərək, infarkt riskini ciddi bir şəkildə azalda bilərsiniz".
Bu araşdırmada xüsusilə daha sağlam olmağınız üçün hər gün ehtiyacınız olan pay təsdiq olunub.
Sadəcə 3 yemək qaşığı (51q) qoz yağını içsəniz qan damarların vəziyyətini 4 saat ərzində inkişaf etdirmiş olarsınız.
 
Qoz yağının, xüsusilə endotelial hüceyrələrin sağlamlığı üçün çox faydalı olduğu sübut olunub. Bu hüceyrələr qanın damarlarda rahat axınının təmin olunmasında mühüm rol oynayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR