Bunu da etdilər - Havanı benzinə çevirdilər

Bunu da etdilər - Havanı benzinə çevirdilər
22:43 18 May 2017
220 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Çinin Kimyəvi Fizika İnstitutunun laboratoriyasının alimləri tərəfindən katalizator vasitəsilə havadan yanacaq hasil edilib.

Trend-in məlumatına görə, xüsusi qurğu karbon qazı və hidrogeni benzinin analoqu hesab edilən karbohidrogen qarışığına çevirir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-da hazırlanan katalizatorların istifadə müddəti az idi. Çin alimləri isə dəmir əsaslı nanotexnologiyaların vasitəsi ilə daha davamlı katalizator hazırlayıblar.

Qabaqcıl qurğu oksid və natrium tərkibli iki növ nanozərrəcikdən ibarətdir. Birinci hissəciklər CO2 birləşməsində elektronların əlaqələrini kəsərək hidrogenin vasitəsilə yenilərini yaradır. İkinci növ seolit adlı nanohissəciklər isə çirkli havanı benzinin analoquna çevirən uzun karbohidrogen zəncirinin yaranmasında iştirak edirlər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2750236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR