Koalisiya qüvvələri Suriya ordusuna zərbə endirib

Koalisiya qüvvələri Suriya ordusuna zərbə endirib
00:07 19 May 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada müəyyən olunmuş stabillik zonaları daxilində fəaliyyət göstərən hökumət qüvvələri bölmələrinə zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə koalisiya qərargahının bəyanatında bildirilir.
Qeyd olunur ki, hadisə Ət-Tanf şəhərinin şimal-qərbində baş verib.
"Bu addım Rusiyanın hökumət qüvvələrinin Ət-Tanf istiqamətində irəliləməsinin qarşısını almaq cəhdlərinin uğursuzluqla nəticələnməsindən sonra atılıb", — deyə qərargahın bəyanatında qeyd olunur.
Rusiyanın Müdafiə Nazirliyi məsələ ilə bağlı hələ ki, şərh verməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/koalisiya-quvveleri-suriya-ordusuna-zerbe-endirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR