Yunanıstanda etiraz dalğası böyüyür -

Yunanıstanda parlament binasına girməyə çalışan üzləri maskalı nümayişçilər naməlum əsgər abidəsinin önündəki növbətçi postunu yandırıblar.

Metbuat.az-ın məlumatına görə, hökumətin kreditorlarla bağlı yeni qanun layihəsinə etiraz edən ictimai və özəl sektorları təmsil edən işçilər Afina küçələrinə toplaşıblar.

Sintaqma meydanında keçirilən nümayiş zamanı üzü maskalı bir qrup molotof kokteyli ataraq parlament binasına girməyə çalışıb. Polisin müdaxiləsi ilə üzləşən nümayişçilər naməlum əsgər abidəsinin önündəki postu yandırıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR