Cocuq Mərcanlıda 25 min 357 kv.metr ərazi tam təmizlənib

Cocuq Mərcanlıda 25 min 357 kv.metr ərazi tam təmizlənib
01:32 19 May 2017
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ ANAMA mayın 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
"Report" xəbər verir ki, kənddə gün ərzində 1 494 ədəd qəlpə, 1 ədəd partlamamış hərbi sursat (PHS) (30 mm-lik silah qumbarası (VOQ-17)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 25 min 357 kv.m (2.54 ha) ərazi tam təmizlənib, 28 min 300 kv.m (2.83 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (Cəmi: 53 657 kv.m (5.37 ha)).
Məlumata görə, 86 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 68 ədəd partlamamış hərbi sursat (PHS) (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 2 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17) 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 14 ədəd piyada əleyhinə mina (OZM-72) və 127 ədəd tank əleyhinə mina (27 ədəd TM-57 minası və 100 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib.
İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 016 267 kv.m (201.63 ha) ərazi tam təmizlənib, 986 940 kv.m (98.69 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (Cəmi: 3 003 207 kv.m ( 300.32 ha)).
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/cocuq-mercanlida-25-min-357-kv-metr-erazi-tam-temizlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR