Azərbaycan millisinin üzvü: "Nəticə göz qabağında oldu"

Azərbaycan millisinin üzvü: "Nəticə göz qabağında oldu"
03:02 19 May 2017
158 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ "Əvvəlcədən də bilirik ki, bizim türklərlə oyunlarımız rəqabətli keçir. Onlar heç vaxt asan oyun vermirlər. Oyunda çətinliklə qalib gəldik".
Bunu "Report"a açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçular arasında Türkiyə yığması ilə final matçından sonra Azərbaycan milli komandasının üzvü Ceyran Əliyeva deyib. O, nəticənin göz qabağında olduğunu bildirib: "Görüşə ciddi hazırlaşmışdıq. Nəticə isə göz qabağında oldu. İkinci setdə uduzmağımız öz səhvimiz idi".
Türkiyə ilə qarşılaşmanı dünya çempionatının seçmə mərhələsinə hazırlıq baxımından önənli sayan Əliyeva "Biz özümüzü sınadıq və hazır olduğumuzu düşünürəm" deyə əlavə edib.
Qeyd edək ki, Azərbaycan millisi Türkiyə üzərində 3:1 hesablı qələbə sayəsində İslamiadanın qalibi olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/azerbaycan-millisinin-uzvu-netice-goz-qabaginda-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR