"Liqa heç vaxt onlara güzəşt etməyib"

"Liqa heç vaxt onlara güzəşt etməyib"
03:37 19 May 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" 2016/17 mövsümündə Premyer Liqada son matçına mayın 21-i "Old Trafford"da çıxacaq. "Qırmızı şeytanlar" güclü rəqiblərə başağrısı olmağı bacaran "Kristal Pelas"i qəbul edəcək. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Yunayted" mayın 24-də Avroliqada final oynayacağına görə Premyer Liqa rəhbərliyindən oyunu bir gün əvvələ keçirməyi xahiş etmişdi. Amma "manikunainlar"ın xahişi rədd edilib. Komandanın baş məşqçisi Joze Mourinyo mövsümün son oyunu ilə əlaqədar fikir bildirərkən London klubunu sərt oynamamağa dəvət edib.

"Liqa heç vaxt Avrokuboklarda iştirak edən komandalara güzəşt etməyib, onların qayğısına qalmayıb. Bunu "Çelsi"də, indi isə "Mançester Yunayted"də işlədiyim müddətdə müşahidə edirəm. Ötən mövsüm oxşar vəziyyətlə "Mançester Siti" üzləşmişdi. Oyunu təxirə salmaq üçün müraciət öncədən məğlub olmuş döyüş kimidir. Ümid edirəm ki, azarkeşlər "Old Trafford"da bizi dəstəkləyəcək. İnanıram ki, Ellardays bizə dost olduğunu göstərəcək və "Kristal Pelas" sakit oynayacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR