"Borussia Dortmund"un baş məşqçisi Tomas Tuxel "Bayer Leverkusen"in maraq dairəsindədir.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 43 yaşlı mütəxəsisə təklif edib. "Bayer"in hazırki çalışdırıcı Tayfun Korkutla yollarını ayıracağı artıq dəqiqdir. Dortmund klubu isə Tuxelin əvəzinə "Nice"nin baş məşqçisi Lüsyen Favrla anlaşa bilər.
Milli.Az