Nizami Gəncəvi adına park kompleksi salınacaq

Nizami Gəncəvi adına park kompleksi salınacaq
08:28 19 May 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə salınacaq böyük park-kompleksi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Miqyasına və böyüklüyünə görə daha çox meşə massivini xatırladacaq park kompleksi şəhərin şərq tərəfdən girişində, Nizami Gəncəvi xatirə muzeyinin arxasında salınacaq.

Publika.az xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib.

Elmar Vəliyev bildirib ki, park kompleksinin salınması üçün nəzərdə tutulan ərazi vaxtilə şəhərdəki hərbi hissələrdən birinin təlim meydanı kimi istifadə olunub. Hazırda hərbi hissələrin şəhər daxilindən köçürülməsi ilə əlaqədar həmin ərazi boş çöllük olaraq istifadəsiz qalıb. ANAMA-nın əməkdaşları yaxın vaxtlarda əraziyə baxış keçirəcək və çölün təhlükəsizliyini yoxlayacaqlar. Daha sonra isə yaşıllığın salınmasına və tikinti işlərinə başlanılacaq.

Nizami Gəncəvi adına park kompleksi müəyyən sektorlara bölünəcək. Hər bir sektorda şairin müasirlərinin, eləcə də ondan sonra yaşamış ədiblərin 30-a yaxın heykəli ucaldılacaq.

Bütün gəncəlilərin və şəhərə gələn qonaqların ən sevimli istirahət yerlərindən biri olacaq bu məkanda həm də Nizami Gəncəvi ədəbi məktəbinin nümayəndələrinin əsərlərinə həsr olunan kompozisiyalar yer alacaq. (AZƏRTAC)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/199358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR