Bakıda yolu keçmək istəyən 2 qadını avtomobil vurub

Bakıda yolu keçmək istəyən 2 qadını avtomobil vurub
08:47 19 May 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi və Nərimanov rayonları ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki,  ilk hadisə Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Yolu keçmək istəyən 1979-cü il təvəllüdlü Nuriyeva Bahar Vaqif qızını "Mercedes" markalı avtomobil vurub.

Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirib.

Digər hadisə Nəsimi rayonunda yerləşən Dədə Qorqud parkı yaxınlığında qeydə alınıb. Yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Qasımova Məxbulə Musa qızını avtomobil vurub. Yaralı, sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/546310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR