Azərbaycanda əcnəbilərin sürücülük vəsiqəsini dəyişdirməsinə dair yeni tələb müəyyənləşdirilib

Azərbaycanda əcnəbilərin sürücülük vəsiqəsini dəyişdirməsinə dair yeni tələb müəyyənləşdirilib
08:47 19 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti  "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"də dəyişiklik edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Əsasnaməyə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin sürücülük vəsiqəsini dəyişdirməsini tənzimləməklə əlaqədar yeni müddəa əlavə edilib.

Beləliklə, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, həmin icazənin notarial qaydada təsdiq edilmiş surəti tələb olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR