"Bavariya" "Ginnesin rekordlar kitabı"na düşdü

"Bavariya" "Ginnesin rekordlar kitabı"na düşdü
09:12 19 May 2017
107 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya nəhəngi "Bavariya" "Ginnesin rekordlar kitabı"na düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasında ardıcıl 16 ev oyununu qələbəylə başa vuran Münhen təmsilçisi rekord qırıb.

Bu barədə məlumatı klubun saytı yayıb. "Bavariya"nın adından mükafatı mövsümün sonunda karyerasını bitirəcək komanda kapitanı Filip Lam və hücumçu Tomas Müller alıblar.
 
Qeyd edək ki, "Bavariya" Çempionlar Liqasında 2014-cü ilin sentyabrın 17-dən 2017-ci ilin fevralın 15-nə kimi keçirdiyi bütün ev oyunlarını qələbəylə başa vurub. Həmin gün "Arsenal"ı məğlub edən edən komanda, qitənin ən nüfuzlu klub turnirindəki növbəti ev matçında aprelin 12-də "Real"a uduzub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR