"Təmiz Şəhər"in zərəri 3 dəfə artıb

"Təmiz Şəhər"in zərəri 3 dəfə artıb
09:42 19 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında “Təmiz Şəhər” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 102,188 mln. manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 53,5% çoxdur.
2016-cı ildə “Təmiz Şəhər”in cəmi kapitalı 61,9% artaraq 97,428 mln. manat, cəmi öhdəlikləri isə 25,4% azalaraq 4,76 mln. manat olub.
2016-cı ildə şirkətin gəlirləri 3,748 mln. manat (2015-ci ilə nisbətən 4,9% az), xərcləri isə 56,366 mln. manat (2,4 dəfə çox) təşkil edib. Son nəticədə kommersiya qurumunun ötən ilki zərəri 52,618 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 2,7 dəfə çoxdur.
Xatırladaq ki, “Təmiz Şəhər” ASC 2009-cu ildə ölkə prezidentinin sərəncamı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 9,15 mln. manatdır. Cəmiyyətə tullantıların yerləşdirilməsini və utilizasiyasını müasir standartlara cavab verən şəkildə qurmaq və idarə etmək, bu prosesi mütəşəkkil qaydada həyata keçirmək, həmçinin şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq və qeyd olunan sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmək həvalə olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/temiz-seher-in-zereri-3-defe-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR