Orduya xəyanət edən zabit cinsiyyətini dəyişdirdi

ABŞ ordusuna xidmət zamanı "Wikileaks"-ə yüz minlərlə hərbi sənəd satmasına görə günahlandırılan Çelsi Manninq həbsxanadan çıxdıqdan sonra sosial mediada fəallığı ilə seçilir.

Metbuat.az bildirir ki, həbsxanada etdirdiyi cinsiyyət dəyişdirilməsi əməliyyatından sonra o, kişilərin saxlanıldığı həbsxanaya göndərilmişdi. Əsl adı Bredli olan şəxs burada iki dəfə intihara cəhd etsə də, onu əməlindən yayındırmışdılar.

2010-cu ildə bir sıra cinayət əməlində günahlandırılan keçmiş hərbçi 35 il azadlıqdan məhrum etmə cəzası alsa da, o zamankı prezident Barak Obamanın verdiyi qərardan sonra Çelsinin cəzası 7 ilədək qısaldılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR