Sumqayıtda orta məktəbdə qumbara partlayışı...

1907-ci ilin 19 mayında Bakıda "Bəhlul" jurnalı nəşrə başlayıb.

1919-cu ilin bu günü ermənilər Versalda Azərbaycan və gürcü nümayəndə heyətinin konfederasiya yaratmaq təklifinə qarşı çıxıb.

19 may 1919-cu ildə BDU-nun təsis komissiyası yaradılıb.

1929-cu ilin bu günü ABŞ-da “Oskar” mükafatı təsis olunub.

19 may 1997-ci ildə Azərbaycan “Avropada adi silahlar haqqında konvensiya”ya qoşulub.

1998-ci ilin bu günü Azərbaycanda "Uşaq hüquqları haqqında" qanun qəbul edilib.

19 may 1999-cu ildə Sumqayıt şəhər 8 saylı orta məktəbin hərbi dərsində RQD-5 əl qumbarasının partlaması nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb.

2015-ci ilin bu günü Binəqədi rayonunda bir binada yanğının baş verməsi nəticəsində 15 nəfər ölüb, 64 nəfər yaralanıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR