381 şagird içməli sudan zəhərləndi

Çində içməli sudan zəhərlənən 381 şagird xəstəxanaya yerləşdirilib.

Metbuat.az bildirir ki, ölkənin şimal-şərqindəki Fuyü şəhərindəki məktəblərdən birində istifadə olunan suda zərərli bakteriya aşkarlanıb. Qusma, ishal və hərarətin qalxması əlamətləri olan 381 şagird xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin stabil olduğu deyilir. 10 min nəfərdən çox şagirdi içməli su ilə təmin edən borular bağlanılıb.

Səlahiyyətlilər faktla bağlı araşdırmalara başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR