İnsanları pulla sınağa çəkdilər

İnsanları pulla sınağa çəkdilər
11:13 19 May 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

London sakini Camal Makmurran qəribə bir eksperiment keçirib.

Publika.az Rusiya mətbuatına istinadla bildirir ki, o, fotoqraf Lana Mesiklə birgə körpüyə 15 min ədəd dəmir pul tökərək yoldan ötənlərin reaksiyasını öyrənib.

Bu pullar Mesikə art-layihədən qalıbmış, o, bunları nə edəcəyinə qərar verməkdə çətinlik çəkdiyi üçün bu üsula əl atıb.

Daha sonra dostlar Makmurranın evinin pəncərəsindən baş verənləri izləyiblər. Sikkə qalağı ilə öncə uşaqlar maraqlanıb. Onunla oynayıblar, şəkil çəkdiriblər. Yoldan ötənin biri çətirini qalağın üstünə qoyaraq kompozisiya yaradıb. Bir kişi pulları başına səpərək pul yağışından zövq alıb. Nəhayət, iki cavan oğlan körpüyə torba və bel gətirərək pulları kürüyüb aparıblar.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/199382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR