500-700 bal toplayan abituriyentlərin ən çox seçdiyi ixtisas

500-700 bal toplayan abituriyentlərin ən çox seçdiyi ixtisas
11:17 19 May 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Son illərdə Azərbaycanda müəllimlik ixtisasına maraq artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov "SABAHın müəllimi" adlı ali məktəb müəllimlərinin I Forumunda çıxışı zamanı deyib.

C.Bayramov bildirib ki, 2015-2016-ci illərdə qəbul imtahanında ən yüksək - 500-700 bal toplayan 1000 nəfərdən çox abituriyent elektron ərizəsində ilk ixtisas kimi müəllimliyi göstərib.

Nazir müavini əlavə edib ki, 2016-cı ildə rekord sayda - 34 min nəfər müəllim mərkəzləşdirilmiş işə qəbul müsabiqəsində iştirak etmək üçün müraciət edib.

C.Bayramovun sözlərinə görə, hazırda "2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nın 100-dən çox məzunu ali məktəblərdə müəllim kimi fəaliyyət göstərir: "Müəllim faktoru hər zaman təhsil sistemində əsas amil olaraq qalacaq. Təhsil Nazirliyi müəllimlərin fəaliyyəti üçün bütün şəraiti yaradacaq ki, gənclər də müəllimlərin potensialından faydalana bilsin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR