“SOCAR Methanol” istehsal göstəricilərini açıqlayıb

Bakı. 19 may. REPORT.AZ/ 2016-cı ilin noyabr ayından etibarən “SOCAR Methanol” MMC tərəfindən idarəetməsi təhvil alınan Metanol Zavodu cari ilin yanvar ayından bugünədək yeni struktur və idarəetmə prinsipləri əsasında istehsal prosesini yenidən bərpa edib.
“Report”a MMC-dən verilən məlumata görə, aparılan təkmilləşdirmə işləri sayəsində 1 yanvar-15 may müddəti ərzində “SOCAR Methanol” yüksək məhsuldarlıq əldə edərək 56,6 min tondan çox metanol istehsal edib.
İstehsal edilən məhsulun 99%-i ixraca yönəldilib. Məhsul ixrac edilən ölkələr arasında Türkiyə, Qərbi Avropa və Aralıq dənizi hövzəsi ölkələri üstünlük təşkil edir. Yerli bazarın tədqiqi istiqamətində işlər davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/senaye/socar-methanol-istehsal-gostericilerini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR