Bu il Azərbaycanda 30 mindən çox şəxs İİV müayinəsindən keçirilib

Bu il Azərbaycanda 30 mindən çox şəxs İİV müayinəsindən keçirilib
11:47 19 May 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ “Bu ilin ilk üç ayında nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi nəticəsində 11 nəfərdə İİV-ə yoluxma halı aşkarlanıb”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib.
O bildirib ki, bu dövr ərzində 30 464 nəfər müayinəyə cəlb olunub.
E.Alməmmədova qeyd edib ki, ümumiyyətlə Azərbaycanda İİV-ə yoluxanların yaş qrupları üzrə bölgüsünə görə onların əksəriyyəti 25-49 yaş arasındadır: “Gənclər arasında yoluxma halları azdır. Yeniyetmələr arasında da yoluxma halları demək olar ki, yoxdur”.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/bu-il-azerbaycanda-30-minden-cox-sexs-i-i-v-muayinesinden-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR