"Messi Ronaldudan daha yaxşıdır”

"Messi Ronaldudan daha yaxşıdır”
11:52 19 May 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Mənə görə Messi dünyanın ən güclü futbolçusudu. Onunla çiyin-çiyinə oynadığım üçün çox xoşbəxtəm.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın əfsanəvi kapitanı Karles Puyol deyib.

Futbolçu karyerası ərzində yalnız Kataloniya klubunun formasını geyinmiş sabiq müdafiəçi son illərin ən çox müzakirə mövzusu olan Lionel Messi - Kriştianu Ronaldu mübarizəsinə münasibət bildirib.
 
"Marca" nəşrinə müsahibəsində hər iki futbolçunun ünvanına təriflər yağdıran 39 yaşlı mütəxəssis onların birlikdə 9 "Qızıl top" qazanmasının təsadüfi olmadığını vurğulayıb. Bununla belə, Puyolun fikrincə, keçmiş komanda yoldaşı dünyanın gəlib-keçmiş ən güclü oyunçusudu: "Ronaldu futbol tarixinin ən güclülərindən biridi, ancaq Messi daha yaxşıdı. Onlar arasında rəqabət hər zaman yüksək səviyyədə olub. Bu amil hər ikisinin oyununa müsbət mənada təsir edir. Çünki belədə heç biri arxayınlaşa bilmir və düşünmür ki, təkdi".
 
Messi barədə xüsusi danışan İspaniya millisinin sabiq üzvü argentinalının hər il daha yaxşı oynadığını söyləyib: "Leo 10 ildən çoxdu özünü təkmilləşdirir, oyununu inkişaf etdirir. Hər mövsümün sonunda özünü yüksək səviyyədə bərpa etdirir və növbəti mövsümə daha yaxşı hazırlayır".
 
2004-2014-cü illərdə Messi ilə çiyin-çiyinə çıxış etmiş Puyol onun Argentina yığması ilə uğur qazanacağına da inanır: "Ümid edirəm ki, Leo yığma komandası ilə də böyük uğurlar əldə edəcək. Çünki buna layiqdi. Klubu ilə mümkün olan bütün titullara yiyələnib. İnanıram ki, yığmasına da kuboklar qazandıracaq".
 
Qeyd edək ki, 1999-2014-cü illərdə "Barselona"da çıxış etmiş Karles Puyol İspaniya millisinin heyətində 100 matçda meydana çıxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR