Sumqayıt sakininin evindən sənədləri olmayan tüfənglər aşkarlanıb

Sumqayıt sakininin evindən sənədləri olmayan tüfənglər aşkarlanıb
11:52 19 May 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Sumqayıt şəhər sakininin evindən sənədləri olmayan tüfənglər aşkar edilərək götürülüb.
“Report” xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.  
Nazirlikdən bildirilib ki, əldə edilən məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Adil Heydərovun evinə baxış zamanı müvafiq sənədləri olmayan "Belka" və "İJ-K-16" markalı tüfənglər aşkar edilərək götürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayit-sakininin-evinden-senedleri-olmayan-tufengler-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR