"Monako" "Liverup"lun Kilian Mbappe üçün təklifini qəbul etməyib. Fanat.Az xəbər verir ki, tərəflər maliyyə məsələlərində anlaşa bilməyib.
İddia olunur ki, "Liverpul" 75 milyon avro təklif edib. "Monako" isə gənc ulduzunu 100 milyon avrodan aşağı satmayacağını bildirib.
Bu arada fransız futbolçunun transferi ilə bağlı açıqlama verən "Monako" rəsmisi Vadim Vasilyev "Mbappeni komandada saxlamaq əsas məqsədimizdi. İndi iki il əvvələ nisbətən maliyyə vəziyyətimiz daha yaxşıdı" deyib.
"Monako"nun A komandasında ilk mövsümünü keçirən Kilian 43 oyunda 26 qol vurub və 14 məhsuldar ötürmə edib.
Fanat.Az