Rusiya Belarusda istehsal olunan süd məhsullarına məhdudiyyət qoyub

Rusiya Belarusda istehsal olunan süd məhsullarına məhdudiyyət qoyub
12:42 19 May 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Rusiya Baytar və Bitki sanitariyasına nəzarət üzrə Federal Agentliyi mayın 19-dan Belarusda istehsal edilən süd məhsullarının idxalına məhdudiyyət tətbiq edib.
“Report” “dw”yə istinadən xəbər verir ki, Rusiya hakimiyyəti bunu qarşı tərəfin sanitar normaları dəfələrlə pozması ilə əlaqələndirib.
Belarus müəssisələrinin istehsal etdiyi quru süd, quru süd süzməsi, pendir, yağın Rusiyaya idxalı məhdudlaşdırılıb.
Kobrin yağ-pendir zavodu, Molodeçnen süd kombinatı, Novoqrud süd şirkəti, Prujan süd kombinatı, Slutskiy pendir kombinatı və onun Lyuban, eləcə də Babuşkin filialları sanksiyaya məruz qalıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-belarusda-istehsal-olunan-sud-mehsullarina-mehdudiyyet-qoyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR