Vərəmə yoluxanların sayında azalma var

Azərbaycanda vərəmlə xəstələnmə göstəricisində son 6 ildə azalma müşahidə olunur və aktiv kontingentin sayı azalıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, 2010-2016-cı illərdə ölkədə hər 100 min əhaliyə görə bu say 144 nəfərdən 99 nəfərə düşüb.

2015-ci ildə dünyada 10,4 milyon insan vərəmlə xəstələnib, onlardan 5,9 milyonu kişi, 3,5 milyonu qadın, 1 milyonu isə uşaqlar olub.

Ölkədə vərəm xəstələrinin müayinə və müalicəsi ödənişsiz həyata keçirilir. Vərəm əleyhinə dərmanlar Səhiyyə Nazirliyi tərəfindən müvafiq səhiyyə müəssisələrinə təqdim edilir. Müalicə tədbirləri ilə yanaşı, vaxtaşırı olaraq xəstələrin vəziyyəti ilə bağlı monitorinqlər aparılır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR