Ermənistan parlamentinə üç sədr müavini seçilib

Ermənistan parlamentinə üç sədr müavini seçilib
13:52 19 May 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Ermənistan parlamenti sədrinin 3 müavini seçilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, mayın 19-da keçirilən iclasda səsvermədə 105 deputatdan 100-ü iştirak edib.
Spikerin yeni müavinlərindən ikisi hakim Respublikaçılar Partiyasının, biri isə müxalifətin təmsilçisidir.
Eduard Şarmazanov və Aspine Ovannisyan hakim Respublikaçılar Partiyasını, Mikael Melkumyan isə müxalif “Tsarukyan” blokunu təmsil edirlər. 
Xatırladaq ki, Ermənistanın əvvəlki parlamentində sədrin 2 müavini vardı. İndi isə sədr müavinlərinin sayı 3 çatdırılıb. 
Qeyd edək ki, mayın 18-də Ermənistan parlamenti Respublikaçılar Partiyasından olan Ara Babloyan sədr seçib. Parlamentin əvvəlki sədri Qalust Saakyan idi.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-parlamentine-uc-sedr-muavini-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR